MSK-nın iclasında nələr müzakirə olunub...

09/12/2023 01:46
1090

Dekabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Modern.az-a bildiriblər ki, əvvəlcə MSK sədri Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması məsələsinə baxılıb və Sərəncamın müvafiq hissəsini təmin etmək məqsədilə seçkilərin 2024-cü il fevralın 7-nə təyin edilməsinə qərar verilib.

 

Komissiya seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, onlara metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün zəruri məqamların əks olunduğu Təqvim planını təsdiq edib.

Sözügedən seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də iclasda baxılıb və Komissiyanın qərarı ilə 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub.

 

MSK-nın qərarı ilə, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər seçki sənədlərindəki məlumatların düzgünlüyünü yoxlamaq üçün müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib.

 

Beynəlxalq təşkilat və xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də media qurumlarının təmsilçilərinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
08/02/2024 03:43
1000

"Exit-poll": İlham Əliyev 93,9 faiz səslə seçkilərdə qalib gəlib

22/01/2024 22:02
436

Qüdrət Həsənquliyev Qarabağ rayonunda seçicilərlə görüş keçirdir...

22/01/2024 21:59
114

Qüdrət Həsənquliyev ATƏT təmsilçiləri ilə görüşdü

22/01/2024 21:55
676

Zahid Oruc Nəsimi rayonunda seçicilərlə görüş keçirib - FOTOLAR

03/01/2024 02:06
339

Prezidentliyə namizəd Zahid Oruc üçün 40 mindən artıq imza toplandı

20/12/2023 00:10
659

Rəqibsiz namizəd