Rəqibsiz namizəd

20/12/2023 00:10
628

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 15-dekabrda keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və bu qərar yekdilliklə qəbul edildi.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024 cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcəkdir. İlk dəfə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində xalq cənab İlham Əliyevi Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirərkən qeyd etdi ki: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirdi və ən əsası Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına nail oldu. Bu gün Azərbaycan reallıqlarından çıxış edərək qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev insanların birmənalı şəkildə inandığı, güvəndiyi və gələcəyini etibar etdiyi bir liderdir. Bu gün Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş məkanlar cənnətə çevirilir və öz ata-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdırlar.

Buna görə də xalq bütünlüklə rəqibsiz namizədini dəstəkləyir, onun ətrafında birləşərək azad edilmiş torpaqlarımızı yenidən qururacağına əmindir.
Azərbaycan xalqı heç şübhəsiz 7 fevral tarixində keçiriləcək prezident seçkilərində də İlham Əliyevə etimad göstərəcək və rəqibsiz namizədi İlham Əliyevi növbəti dəfə dövlət başçısı seçəcək.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədr

 

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
08/02/2024 03:43
929

"Exit-poll": İlham Əliyev 93,9 faiz səslə seçkilərdə qalib gəlib

22/01/2024 22:02
381

Qüdrət Həsənquliyev Qarabağ rayonunda seçicilərlə görüş keçirdir...

22/01/2024 21:59
78

Qüdrət Həsənquliyev ATƏT təmsilçiləri ilə görüşdü

22/01/2024 21:55
641

Zahid Oruc Nəsimi rayonunda seçicilərlə görüş keçirib - FOTOLAR

03/01/2024 02:06
283

Prezidentliyə namizəd Zahid Oruc üçün 40 mindən artıq imza toplandı

19/12/2023 23:58
356

Səbail rayonu üzrə YAP-ın seçki qərargahının iclası keçirilib