Prezidentliyə namizəd Zahid Oruc üçün 40 mindən artıq imza toplandı

03/01/2024 02:06
306

7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Zahid Orucun Mərkəzi Seçki Qərargahından Metbuat.az-a verilən məlumata görə, Seçki Məcəlləsinə müvafiq olaraq, 60 dairədən minimum 50 imza olmaqla, etibarlı imzaların sayına dair müəyyənləşdirilmiş kvotada toplanan imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq, MSK-ya təqdim edilib.

Qeyd edək ki, Zahid Orucun səlahiyyətli nümayəndəsi ilə Komissiyada sənədlərin verilməsinə dair müvafiq protokol tərtib olunub. Zahid Orucun Seçki Qərargahı imzatoplama kampaniyasının azad və hüquqi tələblər səviyyəsində keçirildiyini xüsusi qeyd edir, ona imza verən hər bir vətəndaşa səmimi təşəkkürlərini çatdırı, kampaniyada iştirak edən könüllülərin fədakarlığını ümumxalq aksiyasına yüksək töhvə kimi dəyərləndirir, rəsmən qeydə alınacağına inandığını, seçki platforması və təbliğat-təşviqat kampaniyasının aktiv bir şəkildə aparılması üçün hazırlıq işlərini davam etdirir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
08/02/2024 03:43
965

"Exit-poll": İlham Əliyev 93,9 faiz səslə seçkilərdə qalib gəlib

22/01/2024 22:02
406

Qüdrət Həsənquliyev Qarabağ rayonunda seçicilərlə görüş keçirdir...

22/01/2024 21:59
93

Qüdrət Həsənquliyev ATƏT təmsilçiləri ilə görüşdü

22/01/2024 21:55
653

Zahid Oruc Nəsimi rayonunda seçicilərlə görüş keçirib - FOTOLAR

20/12/2023 00:10
639

Rəqibsiz namizəd

19/12/2023 23:58
368

Səbail rayonu üzrə YAP-ın seçki qərargahının iclası keçirilib