Deportasiya olunmuş yüz minlərlə azərbaycanlının mülkiyyəti qorunmalıdır

09/12/2023 01:40
1874

O şəxslər (Qarabağ erməniləri – red.) qayıtmaq istəyirlər, onlar bunu edə bilərlər. Onların mənzilləri, evləri olduğu kimi qalır. Zəngilanda və digər yerlərdə yerlə-yeksan olunmuş evlərdən tam fərqli olaraq, onların mənzilləri var.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, əgər onlar Azərbaycana qayıdacaqlarsa, bu, ölkəmizin qanunları çərçivəsində həyata keçiriləcək.

 

Azərbaycanlıların Ermənistan ərazisinə qayıtması məsələsindən də danışan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfi də ən azı eyni yanaşma sərgiləməlidir. Onlar elektron reinteqrasiya portalı yarada, orada azərbaycanlıların yaşadıqları kəndlər barədə məlumatları əks etdirə bilərlər. Təbii ki, belə olsaydı, daha münasib olardı. Yəni, onlar gəlsinlər, yerlərini ziyarət etsinlər. Bu da barışığın bir işarəsi olardı.

 

“Bu, mümkün olmalıdır. Ermənistan bunun qarşısını almalı deyil. Deportasiya olunmuş yüz minlərlə azərbaycanlının, həmyerlilərimizin tələbatları təmin edilməlidir. Onların mülkiyyəti, müqəddəs yerləri qorunmalıdır. İndi bu gün Xankəndidə, yaxud da başqa yerlərdə, harada ki, erməni əhalisi çoxluq təşkil edib, biz onu qoruyub saxlayırıq, amma eyni yanaşma bizə münasibətdə də olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
31/12/2023 01:13
416

Prezident SƏRƏNCAM imzaladı- Rəsulzadənin 140 illik yubileyi QEYD OLUNACAQ

29/12/2023 01:47
528

TƏCİLİ! İlham Əliyev FƏRMAN imzaladı- Bu şəxslərin aylıq vəzifə maaşları ARTIRILDI

26/12/2023 22:31
132

İlham Əliyev Lukaşenko ilə görüşdü

26/12/2023 22:28
112

Prezident Rusiyaya gedib

24/12/2023 20:38
486

Prezidentin doğum günü münasibətilə QHT-lərin müraciəti

20/12/2023 00:07
727

İlham Əliyevdən DTX ilə bağlı FƏRMAN