TƏCİLİ! İlham Əliyev FƏRMAN imzaladı- Bu şəxslərin aylıq vəzifə maaşları ARTIRILDI

29/12/2023 01:47
529

"Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Fərmana dəyişiklik edilib.

Bizimlider.az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" 2018-ci il 13 mart tarixli 3787 nömrəli, "Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199; 2023, № 1, maddə 49, № 6, maddə 785, № 9, maddə 1293) aşağıdakı dəyişikliklər edilsin: 1.1. həmin Fərmana 1 nömrəli Əlavə - "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları"nın 1.8-ci bəndinə "rəisinin müavini" sözlərindən sonra ", Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini" sözləri əlavə edilsin; 1.2. həmin Fərmana 2 nömrəli Əlavə - "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları"nın 1.6.15-ci, 1.7.13-cü və 2.3.1-ci yarımbəndlərindən "Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda," sözləri çıxarılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
31/12/2023 01:13
416

Prezident SƏRƏNCAM imzaladı- Rəsulzadənin 140 illik yubileyi QEYD OLUNACAQ

26/12/2023 22:31
132

İlham Əliyev Lukaşenko ilə görüşdü

26/12/2023 22:28
112

Prezident Rusiyaya gedib

24/12/2023 20:38
486

Prezidentin doğum günü münasibətilə QHT-lərin müraciəti

20/12/2023 00:07
727

İlham Əliyevdən DTX ilə bağlı FƏRMAN

19/12/2023 23:36
2471

Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrılıb - SƏRƏNCAM