Prezidentin doğum günü münasibətilə QHT-lərin müraciəti

24/12/2023 20:38
486

Prezident İlham Əliyevin doğum günü münasibətilə   

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının

müraciəti

 

Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandan! 

 

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Sizə milli lider olaraq müraciət edirik. Siz bütün xalqın, dünya azərbaycanlılarının məhəbbətini qazanaraq, milli liderliyə Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə tam nail olmaqla, tarixin ən qüdrətli Azərbaycan dövlətini yaratmaqla yüksəlmisiniz. Azərbaycan Bayrağını Şuşada, Xankəndində, Xocalıda ucaltmısınız! 

2003-cü ildən bu yana Azərbaycan xalqı bütün Prezident seçkilərində yalnız Sizi seçib, öz gələcəyini yalnız Sizə etibar edib. Siz verdiyiniz bütün vədləri yerinə yetirmisiniz. 

Siz Azərbaycan xalqını ən böyük arzularına qovuşduran, milli idealına çatdıran şəxsiyyət kimi vətəndaş cəmiyyəti üçün də doğmasınız. QHT-lərin fəaliyyəti ilə bağlı çağırışlarınız, fikirləriniz, Azərbaycan QHT-lərinə ictimai etimadı artırır, vətəndaş cəmiyyətinin qərarların qəbulu proseslərində fəal iştirakını təşviq edir. 

Biz Sizin dəstəyinizdən ruhlanaraq, məsələlərin üzərinə daha qətiyyətlə gedirik, cəmiyyətin inkişafı üçün təşəbbüslərin reallaşması işində əzmkarlıq nümayiş etdirməkdən çəkinmirik. Yaratdığınız sərbəst və azad mühit vətəndaş cəmiyyəti üçün böyük töhfədir.

Bu əlamətdar gündə fürsətdən istifadə edərək, fədakar fəaliyyətiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. 

Biz hər gün ən müxtəlif kateqoriyadan olan insanların içərisindəyik. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından bildiririk ki, Sizin liderliyinizlə Azərbaycanın böyük qələbələrinin davam etdirilməsi hər bir azərbaycanlının ümumi arzusu, istəyidir.

 

Biz Sizinlə - qalib xalqın qalib lideri ilə fəxr edirik! Doğum gününüz mübarək!

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
31/12/2023 01:13
416

Prezident SƏRƏNCAM imzaladı- Rəsulzadənin 140 illik yubileyi QEYD OLUNACAQ

29/12/2023 01:47
528

TƏCİLİ! İlham Əliyev FƏRMAN imzaladı- Bu şəxslərin aylıq vəzifə maaşları ARTIRILDI

26/12/2023 22:31
132

İlham Əliyev Lukaşenko ilə görüşdü

26/12/2023 22:28
112

Prezident Rusiyaya gedib

20/12/2023 00:07
727

İlham Əliyevdən DTX ilə bağlı FƏRMAN

19/12/2023 23:36
2471

Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrılıb - SƏRƏNCAM