Xankəndi stadionunda ilk dəfə meydana bu klublar çıxacaq - NİYƏ MƏHZ BU KLUB ?

27/11/2023 00:22
564

Qarabağ” gələn ay Xankəndiyə səfər edəcək.

 

 

 

Referans.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək.

 

 

 

Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. “Qarabağ”ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək.

Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli hava limanına uçacaq. Komandanın oyundan bir gün qabaq Şuşada qalacağı gözlənilir.

Matç günü isə komanda Xankəndi Şəhər Stadionuna yollanacaq. Matçdan sonra isə “Qarabağ” Füzuli hava limanına yollanacaq və oradan da Bakıya uçacaq.

Qeyd edək ki, ağdamlıların rəqibi hələ ki, dəqiqləşməyib. İkinci təsnifat mərhələsində MOİK - “Cəbrayıl” görüşündən sonra “Qarabağ”ın rəqibi bəlli olacaq.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
14/08/2024 17:51
290

"Qarabağ"ın oyunu təxirə salındı - QƏRAR

13/08/2024 15:54
291

Prezident Olimpiada medalçılarını MÜKAFATLANDIRDI - MƏBLƏĞLƏR

11/08/2024 21:57
131

“Bürünc medaldan razı deyiləm”

18/06/2024 06:46
307

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

17/04/2024 23:03
77

Güclü selə görə matç LƏĞV EDİLDİ

13/02/2024 07:17
68

Dünya rekordçusu qəzada həlak olub