"Qarabağ"ın oyunu təxirə salındı - QƏRAR

14/08/2024 17:51
294

Ölkəmizi UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

 

News24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.

 

“Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/2025 mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq III turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
13/08/2024 15:54
293

Prezident Olimpiada medalçılarını MÜKAFATLANDIRDI - MƏBLƏĞLƏR

11/08/2024 21:57
135

“Bürünc medaldan razı deyiləm”

18/06/2024 06:46
309

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

17/04/2024 23:03
81

Güclü selə görə matç LƏĞV EDİLDİ

13/02/2024 07:17
70

Dünya rekordçusu qəzada həlak olub

21/12/2023 21:36
426

Tarixi an: Xankəndi stadionunda oyun başladı - CANLI YAYIM