Bakıda yeni bulvar salınacaq

19/02/2025 23:33
163

Bakı şəhərində yeni bulvar salınacaq.

 

 

 

Sfera.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.

 

 

 

Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.

 

 

 

Belə ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Hazırda isə Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib, asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq.

 

 

 

Ərazidəki yeni bulvarda restoranlar, kafelər, dairəvi velosiped yolunun çəkilməsi də nəzərdə tutulub.

 

 

 

Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, katamaran və istirahət yerləri salınacaq.

 

 

 

Həmçinin Bülbülə gölünün üzərindən körpünün salınması da nəzərdə tutulub.

 

 

 

Qeyd edək ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
20/02/2025 09:35
357

Qarlı hava ilə bağlı əhaliyə ciddi XƏBƏRDARLIQ

20/02/2025 01:05
356

Yaxın günlərdə bəd xəbərlər alacaq BÜRCLƏR

20/02/2025 00:36
187

Bu yaşdan sonra avtomobil sürmək qadağan edilir

19/02/2025 23:13
288

Fevralın 20-21-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

19/02/2025 14:26
639

Bakıda qonşudan gələn biabırçı səslərdən bezib qapını döydü: Həqiqəti biləndə şok oldu

19/02/2025 08:58
254

Sabahdan Bakıya QAR yağacaq - XƏBƏRDARLIQ