Sabahdan Bakıya QAR yağacaq - XƏBƏRDARLIQ

19/02/2025 08:58
255

Milli Hidrometeorologiya Xidmətindən Titul.az-a verilən məlumata görə, fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

 

Havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır.

 

Qar nə vaxt yağacaq?

 

Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur.

 

Yolları buz bağlayacaq

 

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
20/02/2025 09:35
357

Qarlı hava ilə bağlı əhaliyə ciddi XƏBƏRDARLIQ

20/02/2025 01:05
356

Yaxın günlərdə bəd xəbərlər alacaq BÜRCLƏR

20/02/2025 00:36
188

Bu yaşdan sonra avtomobil sürmək qadağan edilir

19/02/2025 23:33
163

Bakıda yeni bulvar salınacaq

19/02/2025 23:13
288

Fevralın 20-21-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

19/02/2025 14:26
639

Bakıda qonşudan gələn biabırçı səslərdən bezib qapını döydü: Həqiqəti biləndə şok oldu