Tacir Şahmalıoğlu məşhur müğənni ilə sevgili olub? - “Küçə qadınıdır, yiyəsi yoxdur!”

10/02/2025 23:06
391

Müğənni Aybəniz Bəhramqızının xanəndə Tacir Şahmalıoğlu ilə sevgili olduğunu açıqlaması ciddi müzakirələrə səbəb oldu.  

Belə ki, 65 yaşlı ifaçı Amil Xəlilin aparıcısı olduğu "Xoş gəldim" verilişində bu haqda bir sıra etiraflar edib.  

 

Yaşlı qadın Tacir Şahmalıoğlu ilə yaranan tanışlığından danışıb, illər öncə bir yerdə çəkilmiş fotolarını nümayiş etdirib.  Onun iddialarına görə, boşandıqdan sonra T.Şahmalıoğlunun ailəsi onlara elçi gedib, lakin Şahmalıoğlunun atası sonradan onların evlənməyinə razı olmayıb və sevgiləri nakam qalıb.  

 

Açıqlamaların doğru olub-olmadığını dəqiqləşdirmək üçün Tacir Şahmalıoğlu ilə əlaqə saxladıq. Yenisabah.az-a danışan sənətçi Aybəniz Bəhramqızını bu hərəkətinə görə sərt şəkildə tənqid edib: “O xanımın ağlı sürüşüb! Küçə qadınıdır, səviyyəsiz bir insandır! Xanımın oğlu müsahibədən sonra mənə zəng edib dedi ki, anam belə bir iş görüb, efirdə danışıb, onun əvəzinə səndən üzr istəyirəm”.  

 

T.Şahmalıoğlu bu tip şəxslərə heç vaxt əhəmiyyət vermədiyini bildirib: “Xanımın dediklərinə görə mən nə edə bilərəm? Bir insanın ki, yiyəsi yoxdur, səviyyəsiz adamdır ona nə deyəsən? Artıq 69 yaşı var, başı özünü idarə etmir, belə adama mən necə reaksiya verə bilərəm? Düzgün adam olsaydı, mən dediklərinə əhəmiyyət verərdim, amma belə adam reaksiya verməyə belə dəyməz. Belə itlər hər zaman olur və hürürlər. Bu tip hadisələrlə üzləşəndə deyirəm ki, it hürər, karvan keçər... Onlara cavab verməyə mənim vaxtım yoxdur!” 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
19/02/2025 23:22
415

Damla görün kimin qızı çıxdı-ETİRAF

18/02/2025 14:36
472

Hüseyndən Rəşad Dağlının oğluna jest: “Ferrari” göndərdi

17/02/2025 10:00
472

Gözəlliyi ilə diqqət çəkən müğənni Zeynəb Həsəninin görün neçə yaşı var imiş - İNANMAYACAQSINIZ

16/02/2025 20:07
628

Bakıda məşhur məmurun qızı Əməkdar artisti toyunda oxumağa qoymadı

16/02/2025 11:05
1099

Aygün həyat yoldaşı Kənandan boşanıb? - Müğənnidən sərt sözlər

16/02/2025 07:24
574

Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni ARVADINI BOŞADI - ŞOK OLAY