Əməkdar artist Babək Niftəliyev Bakıda müğənni kimi dəvət aldığı toylardan birində başına gələn ilginc hadisədən danışıb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, sənətçi adını açıqlamadığı məşhur və çox zəngin bir məmurun qızının toyuna dəvət aldığını bildirib. Lakin Babək axşam saat 11-ə kimi ona oxumaq üçün sözün verilmədiyini bildirib. B.Niftəliyev qeyd edib ki, yalnız o saatdan sonra həmin məmur ona yaxınlaşaraq cibinə 2 min manat pul qoyub və oxumayacağını bildirib.
Xanəndə səbəbini soruşanda "Qızım (toyu olan gəlin - red.) istəmir" cavabını aldığını qeyd edib.
Babək bildirib ki, həmin toyda ölkənin ən populyar sənətçiləri səhnə alıblar, amma ona oxumaq üçün vaxt verilməyib.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç