Aktrisa Sonaxanım Əliyevanın "Qeyri rəsmi münasibətdə yaşamışam" açıqlaması şair Anar Vəziroğlunu özündən çıxarıb.
Tərəflər ekspert qismində iştirak etdiyi "Təsir dairəsi" ictimai-sosial proqramda mübahisə ediblər.
Şair aktrisanın iddialı açıqlamasını doğru hesab etməyib və onu tənqid edib.
S.Əliyeva isə A.Vəziroğlunun tənqidinə "Həyat yoldaşım şəhid olmayıb ki... Rusların bir sözü var "обет безбрачия" (cinsi əlaqədən imtina). Xəyanətlər fərqli-fərqli olur. O insan mənə elə bir xəyanət edib ki... Bəli, ayrılmışam! Sonra da necə istəmişəm, elə də yaşamışam, yaxşı da eləmişəm" cavabını verib.
Aktrisanın bu fikirlərindən sonra aparıcı şairə "Sonaxanımın cavabı sizi qanə etdi?" sualına A.Vəziroğlu "Mənə aid deyil, millətə deyir" qısa cavab verib.
Qeyd edək ki, S.Əliyeva müsahibələrin birində "Həyat yoldaşım mənə qardaşımın baldızı ilə xəyanət edib" açıqlaması ilə gündəmə səs salmışdı. / bizim media
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç