Müğənni Aysun İsmayılovanın boşanma qalmaqalı davam edir.
Sfera.az xəbər verir ki, qalmaqal xəyanət iddiaları ilə daha da alovlanıb.
Belə ki, izləyicilər Aysun İsmayılovanın paylaşımlarına rəy bildirərkən ərinin ona xəyanət etdiyini iddia ediblər. Müğənni isə bu fikirlərə səssiz qalmayıb. İzləyicilərdən biri “Səndən ayrılanlar Dubaya gedir, nə məsələdir?” sualını ünvanlayıb. Aysun isə cavabında Dubaydakı qızların daha maraqlı olduğu ilə bağlı fikir bildirib.
Bundan əlavə, şərhlərdə vəkil Ramil Vəliyevin Dubaya “Sabinka” adlı biri ilə getdiyi də iddia edilir.
Qeyd edək ki, qarşı tərəf hələlik bu iddialara reaksiya verməyib.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç