Özəl sektorda çalışanlara ŞAD XƏBƏR – Maaşlar ARTACAQ

31/01/2025 00:42
158

Bir neçə ay əvvəl Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirmişdi ki, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Belə olduğu halda bu il minimum əmək haqqının artması ilə bərabər özəl sektorda işləyənlərin maaşlarında nə qədər artım gözlənilir?  

 

 

 

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Referans.az-ın soğrusuna cavab olaraq bildirilib ki, ötən ilin dekabr ayının 23-ü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalanıb. Sərəncamın icrasına 2025-ci ilin yanvar ayının 1-dən başlanılıb. Belə ki, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Nazirlər Kabineti son Sərəncamına uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq vəzifə maaşlarının minimum aylıq əməkhaqqı məbləğinə uyğunlaşdırılmasını təmin edilib.

 

Dövlət Əmək Müfəttişliyi Xidmətindən o da bildirilib ki, həmin sahələr üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, növbəti 18 pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq edilib. Bu artım əməyin ödənilməsi dərəcələri müəyyən edilən özəl sektorlarda da tətbiq ediləcək. Qeyd edək ki, dekabr ayının 24-dən etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemi üzərindən işəgötürənlərə bildiriş yollayıb.

 

 

 

"Hər bir işəgötürən elektron sistem üzərindən ölkə üzrə minimum əməkhaqqı artımı nəticəsində maaşı artırılmalı olan işçisini görə bilir. Minimum əmək haqqından az əmək haqqı müəyyən edilmiş əmək müqavilələrində dəyişiklik etməyən işəgötürənlərə məktublar göndəriləcək, pozuntu aradan qaldırılmadığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi ilə bağlı olaraq inzibati məsuliyyət tədbiri tətbiq olunacaq",- deyə Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

 

 

 

Bünyamin Bünyadzadə

 

Referans.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
31/01/2025 00:51
147

ŞAD XƏBƏR: Tələbələrə bu sahələrdə güzəştlər

31/01/2025 00:37
321

Pulsuz kişini anası sevmir, qazanmırsa evlənməsin - Sevincdən qalmaqallı sözlər

31/01/2025 00:29
168

Qaz pulunun az gəlməsi üçün BUNLARI EDİN

31/01/2025 00:27
276

Azərbaycanlı iş adamı Rusiyada dünyasını dəyişdi

30/01/2025 23:37
188

Fevralın 15-dən etibarən... - Azərbaycanda su təchizatı...

30/01/2025 23:35
123

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR