Fevralın 15-dən etibarən ölkənin su təchizatı infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi layihəsinin tam icrasına başlanacaq.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov Bakıda keçirilən “Su şəbəkəsinə qoşulma” işçi qrupunun mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq genişləndirilib və aidiyyəti qurumlar prosesə fəal şəkildə qoşulub:koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işlər müzakirə olunub.
Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlərə “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç