Müharibə veteranlarına verilən 80 manat artacaq? - Komitə sədri

29/01/2025 15:40
247

Ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla hərbçilərin, hərbi qulluqçuların və bir sıra digər dövlət qurumlarında çalışanların maaşlarının artırılması ilə bağlı mühüm qərar qəbul edildi. Bu qərar, sosial təminatın artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Lakin maaş artımı ilə yanaşı, müharibə veteranlarına aylıq olaraq verilən 80 manatlıq müavinətin taleyi də müzakirə mövzusuna çevrilib. 

 

Bəs veteranlara verilən 80 manat aylıq müavinət artacaqmı? 

 

Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Ajans.az-a açıqlamasında bildirib ki, bu təqaüd Prezidentin müəyyən kateqoriya insanlara verdiyi hörmətin bir ifadəsidir və bunu müzakirə etmək doğru yanaşma deyil.

 

Musa Quliyev vurğulayıb ki, veteranlara verilən 80 manatlıq müavinət Prezidentin təşəbbüsü ilə tətbiq edilən təqaüd növlərindən biridir:

 

"Bu Prezident İlham Əliyevin müxtəlif kateqoriyadan olan insanlara göstərdiyi diqqətin və hörmətin bir nümunəsidir. Bunu hər hansı qanunvericiliyə gətirmək və ya Milli Məclisdə müzakirəyə çıxarmaq doğru deyil. Bu təqaüd növü Prezidentin təşəbbüsü və səlahiyyətləri çərçivəsində təyin olunur. Ona görə də, bunu sosial media və digər platformalarda müzakirə etmək məqsədəuyğun deyil".

 

Komitə sədri əlavə edib ki, veteranlar müxtəlif mənbələrdən maddi təminat əldə edirlər:

 

"Veteranlar işləyirlər və əməkhaqqı alırlar, eyni zamanda pensiya və digər müavinət növlərindən də faydalanırlar. Bu, elə təkcə 80 manatla yaşamaları anlamına gəlmir. Prezident tərəfindən təsbit edilən bu təqaüd növü ehtiyaclara uyğun olaraq artırıla və ya azaldıla bilər. Amma bu qərarlar yalnız Prezidentin səlahiyyətindədir".

 

Musa Quliyev qeyd edib ki, Prezidentin təşəbbüsü ilə tətbiq olunan bu təqaüdlər sosial təminat sisteminin bir parçasıdır və dövlət siyasətinin vətəndaşlara yönəlik humanist yanaşmasını əks etdirir:

 

"Bu təqaüdlər xüsusi bir hörmətin və diqqətin ifadəsidir. Veteranlar cəmiyyətimizin əziz insanlarıdır və onların rifahının yaxşılaşdırılması istiqamətində dövlət davamlı tədbirlər həyata keçirir. Amma unutmayaq ki, bu müavinətlərin təyin edilməsi yalnız Prezidentin səlahiyyətindədir və buna müdaxilə etmək doğru deyil".

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
30/01/2025 16:57
284

Azərbaycanda ardıcıl 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

30/01/2025 11:33
203

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində...

30/01/2025 11:18
198

Qadınların oxuması qadağandır:Kişilərin qadınlardan gizlətdiyi 6 SİRRİ

30/01/2025 10:16
175

Bank kartı olanların diqqətinə – Dərhal bunu edin

30/01/2025 00:49
276

Bakıda DƏHŞƏTLİ OLAY! Əri qadını izlədi - GÖRÜN HANSI VƏZİYYƏTDƏ TUTDU

29/01/2025 00:00
212

Pensiya artımları nə vaxt veriləcək?