İşğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Titul.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş məcburi köçkünlərin sosial statusuna xitam verildikdən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq.
Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək.
Qarabağa qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra orada evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik edilməsi ilə bağlı olan məlumatlar yalandır, həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ barəsində yaxın günlərdə açıqlama veriləcək.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç