Quru sərhəd açılır? — Azərbaycanla Rusiya arasında qatar reysləri bərpa olunur

18/01/2025 00:13
225

Mart ayından etibarən Azərbayan və Rusiya arasında qatarla sərnişindaşıma bərpa olunacaq.

 

Referans.az bildirir ki, bu barədə “Gununsesi.info”-ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

 

Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.

 

Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.

 

Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.  

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
05/02/2025 00:08
122

Yeni dövlət rüsumları BELƏ OLDU - Qiymətlər görün necə dəyişdi

04/02/2025 07:28
166

Evsizlərin nəzərinə - Bu üsulla ev sahibi ola bilərsiniz

03/02/2025 23:11
10

Sənədsiz evlərlə bağlı TƏCİLİ XƏBƏR - Problem həll olunur?

03/02/2025 23:09
130

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

03/02/2025 23:05
326

Azəriqazdan ŞİKAYƏT: İstifadəçilərə BƏD XƏBƏR

03/02/2025 13:34
131

Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət edib