Nazirlik şadlıq sarayı və restoran sahiblərinə müraciət edib

03/02/2025 13:34
133

Fövqəladə Hallar Nazirliyi (FHN) şadlıq sarayı və restoran sahiblərinə müraciət edib.

 

Ölkə.az xəbər verir ki, müraciətdə bir sıra fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyinə əməl etmədiyi və sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verdiyi bildirilib.

 

Məlumata görə, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

 

"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir", - müraciətdə bildirilib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
05/02/2025 09:49
167

Temperatur 5-8° enəcək, QAR yağacaq - XƏBƏRDARLIQ

05/02/2025 00:08
122

Yeni dövlət rüsumları BELƏ OLDU - Qiymətlər görün necə dəyişdi

04/02/2025 07:28
167

Evsizlərin nəzərinə - Bu üsulla ev sahibi ola bilərsiniz

03/02/2025 23:11
11

Sənədsiz evlərlə bağlı TƏCİLİ XƏBƏR - Problem həll olunur?

03/02/2025 23:09
133

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

03/02/2025 23:05
332

Azəriqazdan ŞİKAYƏT: İstifadəçilərə BƏD XƏBƏR