Attestatla xaricdə təhsil: Pul tələsi və tanınmayan diplomlar

25/08/2024 08:44
206

Son illərdə ölkəmizdə abituriyentlərin attestatla xarici ölkələrə, xüsusən Türkiyə universitetlərinə oxumağa getməsi halları artıb. Daha çox DİM qəbul imtahanlarında yetərli balı yığa bilməyənlər bu yola əl atırlar. Xaricdə təhsil şirkətlərinin də attestatla təhsillə bağlı reklamlarını hər yerdə görmək mümkündür. Bəs, sözügedən formada təhsil nə dərəcədə effektlidir?

 

Milli.Az xəbər verir ki, metbuat.az məsələ ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, attestatla tələbə qəbul edən universitetlər reytinqli və prestijli universitetlər deyil və onların verdiyi təhsil də keyfiyyətli olmur:Attestatla qəbul edən müəssisələr özəl universitetlərdir və onların bu siyasətinin arxasında daha çox pul qazanmaq dayanır. Baxmayaraq ki, bu universitetlərdə təhsilin səviyyəsi elə də yüksək deyil, lakin bizim tələbələrin çoxu heç orada təhsillərini davam etdirə bilmirlər. Çünki Türkiyədə ali təhsildə güzəşt yoxdur, digər neqativ hallar yoxdur. Çoxu heç universiteti bitirə bilmirlər".

 

İlqar Orucov onu da vurğulayıb ki, Azərbaycanda valideynlər övladlarının ali təhsil almasını həyati məsələyə çeviriblər və xaricdə təhsil şirkətləri bundan istifadə edir:

 

"Azərbaycanda bu sahədə böyük bazar formalaşıb, bu şirkətlərin qurbanına çevrilənlər də var. Təkcə Türkiyəyə yox, Gürcüstan, Ukrayna, Rusiya universitetlərinə göndərilən tələbələr də görürük. Bir çox hallarda onlar diplomların tanınması ilə bağlı ciddi problemlərlə qarşılaşırlar. Düzdür, son illərdə diplomların tanınması ilə bağlı qaydalar yumşaldılıb və mən bunun tərəfdarı deyiləm. Diplomların tanınması ilə bağlı yanaşmalar fərqli olmalıdır və hamıya eyni münasibət düzgün deyil.

Hansısa ölkəyə övladını göndərən valideyn bilməlidir ki, mənim övladımın savadı yoxdursa, mən bu pulları nahaq xərcləyirəm, zamanını da nahaq alıram. Bu məsələdə valideynlər maarifləndirilməlidir. 100 bal yığa bilməyən şəxs necə gedib xaricdə keyfiyyətli təhsil ala bilər? Bu, özünü aldatmaqdan başqa bir şey deyil".

 

Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil üzrə ekspert Elmin Nuri Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin fəaliyyətinə toxunub:

 

"Hər il ixtisas seçiminin nəticələri açıqlanandan sonra, universitetə qəbul ola bilməyən yüzlərlə şəxs yeganə çıxış yolu kimi xaricdə attestatla təhsil almağa üz tutur. Məhz bu məqamda xaricdə təhsil şirkətləri gücləndirilmiş rejimə keçirlər. Təsəvvür edin elə şirkətlər var ki, onlar ixtisas seçimi açıqlanandan dərslər başlayana qədər 1 aylıq müddətdə fəaliyyət göstərirlər və ondan sonra artıq o şirkətləri görən olmur.

 

Xaricdə təhsil şirkətlərinin işi çox ciddi və məsuliyyətlidir. Tələbələrin göndərildiyi universitetlərin tədris keyfiyyəti, diplomların tanınması, hüquqi məsələlər diqqətdə olmalıdır. Bizdə şirkətlər əsasən Türkiyə, Ukrayna, Polşa, Rusiya, Gürcüstan, Çexiya universitetlərinə tələbə göndərməklə məşğuldurlar və burada həmin ölkələrin prestijli universitetləri yer almır".

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/01/2025 00:43
190

Coca-Cola məhsulları yığışdırılır - SƏBƏB

27/01/2025 22:56
138

Az pensiya alanlara MÜHÜM XƏBƏR

27/01/2025 22:41
214

“Birbank”dakı problemlə bağlı RƏSMİ AÇIQLAMA

27/01/2025 01:43
379

Nəzrinin vəfatı ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - SƏN DEMƏ...

26/01/2025 15:27
258

Bu ərazilər plana düşəcək – YENİ QƏRAR

26/01/2025 10:43
559

Bu şəxslərin aylıq müavinət ödənişi DAYANDIRILIR-AÇIQLAMA