Laçında mina partladı: xəsarət alan var

03/08/2024 21:22
424

Laçın sakini Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən piyada əleyhinə minaya düşüb.

 

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib. Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

 

Qeyd olunub ki, hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

 

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda vurğulanıb.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
16/02/2025 13:23
590

Daha bir ölkədə qanlı savaş başladı, şəhərlər bir-bir ələ keçirilir: 24 SAAT VAXT VERİLDİ

03/02/2025 13:36
254

Rusiya hərbçiləri Xəzər dənizi üzərində PUA VURDU

24/01/2025 01:04
184

Hərbçilərə ŞAD XƏBƏR - Maaşları bu qədər artacaq

17/01/2025 09:30
445

Bir milyonluq ordu hərəkətə keçəcək, hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR

24/08/2024 23:09
388

Füzulidə sursat partlayıb, yaralanan var

21/08/2024 12:18
808

Müdafiə Nazirliyi məlumat YAYDI – Şəxsiyyət vəsiqəsi, hərbi biletin surəti…