Bir milyonluq ordu hərəkətə keçəcək, hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR

17/01/2025 09:30
394

“İrana hücum üçün bir milyondan çox hərbi qüvvə bu ölkəni mühasirəyə almalıdır. İranı mühasirəyə almaq üçün hansı ölkələrdən istifadə edəcəklər? Quru qoşunları və hərbi texnika Ermənistan ərazisindən keçməlidir”.

 

Ajans.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə erməni ekspert Hayk Nahapetyan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanması və ABŞ qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb.

 

“Paşinyan da qərarını verib və şübhəsiz ki, o və komandası İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarınndan istifadə edəcək. İran yaxşı silahlanıb, bu ölkə İraq deyil. İranda quru əməliyyat keçirmək və işğal etmək üçün 1 milyon əsgər lazımdır ki, bu da 5-6 ay çəkəcək.

 

Gələn həftə Ermənistana gələcək ABŞ-ın gömrük və sərhəd mühafizəsi komandası bu prosesin başlanğıcıdır. Paşinyan Sünikin (Zəngəzur-red) qapılarını ilk növbədə hərbi baxımdan açıb. Onun Rusiya qoşunlarını Sünikdən çıxarması təsadüfi deyil. ABŞ-a Pentaqonun Ermənistanda tam olması lazımdır. Paşinyan ordumuzu tamamilə Amerika ordusunun modelinə uyğunlaşdırır. Pentaqonun nümayəndəsi bir ildən artıqdır ki, bizim Müdafiə Nazirliyində oturub”, - o bildirib.

 

Nahapetyan hesab edir ki, İran təhlükəni gördüyü vaxt həm Ermənistan ərazisinə, həm də hakimiyyət orqanlarına zərbələr endirə bilər./Publika.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
24/01/2025 01:04
129

Hərbçilərə ŞAD XƏBƏR - Maaşları bu qədər artacaq

24/08/2024 23:09
347

Füzulidə sursat partlayıb, yaralanan var

21/08/2024 12:18
764

Müdafiə Nazirliyi məlumat YAYDI – Şəxsiyyət vəsiqəsi, hərbi biletin surəti…

21/08/2024 00:11
86

Kreml qərarını verib - İrəvanı ciddi təhlükə gözləyir

14/08/2024 20:33
445

Varlı oğlanlar üçün yeni fürsət - Pul verib əsgər getməyəcəklər - Gürcüstanda...

12/08/2024 20:32
190

DİN Xankəndi ilə bağlı məlumat yaydı: Son bir həftə ərzində...