Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
C.Bayramov Azərbaycanın uzun illər BMT, xüsusilə onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əməkdaşlıq gündəliyində xüsusi yer tutduğu, Azərbaycanın az sayda ölkələrdən biri kimi dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd olunub. Postmünaqişə dövründə üzləşdiyimiz ən mühüm təhlükəsizlik çağırışlarından biri olan mina təhdidi ilə mübarizədə humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunduğu, eyni problemin bir çox ölkə üçün aktuallığını nəzərə alaraq, bu təşəbbüsün BMT çərçivəsində davamlı olaraq təşviq edildiyi qeyd olunub.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, habelə ətraf mühitin qorunması istiqamətini uzun illərdir təşviq etdiyi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində yaşıl texnologiyaların, o cümlədən “ağıılı kənd”, “ağıllı şəhər” konsepsiyalarının tətbiqinin bunun göstəricisi olduğu qeyd edilib.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç