Pensiyaçılara sevindirici XƏBƏR — Fevraldan bu qədər artacaq

21/01/2025 18:07
446

"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, qanunda dəyişiklik ediləcək".

 

Demokrat.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Komitə sədri bildirib ki, əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir: "Prezident hökumətə əmək pensiyalarının minimum məbləğinin artırılmasını tövsiyə etmişdi. Prezidentin sərəncamına əsasən, əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılmalıdır. Ona görə həmin müddəanı qanuna gətiririk. Əmək pensiyalarının minimum məbləğinin artırılması barədə

 

komitə qərarını verəcək və yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da parlament qərar qəbul edəcək".

 

Komitə sədri diqqətə çatdırıb ki, minimum əmək pensiyasının artımı ilə əlaqədar bütün pensiyalarda artımlar olacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevral ayının 1-dən 280 manatdan 320 manata qaldırılmalıdır.

 

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə ediləcək./APA

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
27/08/2024 17:49
716

27 avqust 23:59-dan... - Əhaliyə XƏBƏRDARLIQ!

25/08/2024 19:52
252

Məmurlara əmr: Telegramdakı yazışmalarınızı silin

24/08/2024 00:35
401

Adi qaşığın köməyi ilə sağlamlığınızın vəziyyətini yoxlayın

21/08/2024 19:54
1053

Yaşı 35-dək olan Azərbaycan vətəndaşları oktyabrın 1-dən... - SƏRƏNCAM

18/08/2024 21:52
259

İlham Əliyev və birinci xanım evlərində Vladimir Putinlə şam etdilər

17/08/2024 22:07
423

İlham Əliyev Ərdoğanla danışdı - Türkiyəyə təyyarə göndərilib