Xalq artistinin qulağını necə zədələdiyi bilindi - İçkili halda

24/07/2024 05:48
335

Xəbər verdiyimiz kimi, xalq artisti Ağadadaş Ağayev "Medera" klinikasının gözətçisi ilə insident yaşayıb, ona balta atıb, əvəzində isə gözətçi Nurəddin Cəlilov tərəfindən ağır şəkildə döyülüb.

 

Qlobal.net axar.az-a istinadən xəbər verir ki, olayla bağlı jurnalist Məhəmmədəli Qəribli yeni təfərrüatı açıqlayıb.

 

Onun sözlərinə görə, hadisə ötən gün - 22 iyulda baş verib:

 

"Hadisədən əvvəlki gecə (21 iyul) Ağadadaş Ağayev məhz "Medera"da əməliyyat olunub. Ağadadaş Ağayev "Medera" ilə çox yaxın məsafədə yerləşən, özünə məxsus olan "Büsat" şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır.

 

Xalq artisti içkili vəziyyətdə öz evində yıxılır və qulağını zədələyir. Onu "Medera"ya gətirirlər və gecə qulağına 6 tikiş qoyurlar. Hətta MRT də olunur. Əməliyyatı da əslən masallıdan olan bir həkim edib. Bildirilir ki, bütün bunların müqabilində Ağadadaş Ağayev "Medera"ya 1000 manat pul ödəyib. Səhər baxıb ki, qulağında ağrı var, gözətçidən xahiş edir ki, evə bir tibb bacısı göndərsin. Nəticədə kobud cavab alır. Sonrasını artıq bilirsiniz".

 

Qeyd edək ki, hadisənin 22 iyul səhər saat 07 radələrində baş verməsi rəsmi məlumatda da təsdiqlənir.

 

Buna baxmayaraq, olayla bağlı sosial şəbəkələrdə digər versiya da səsləndirilir. İddiaya görə, Ağadadaş Ağayev klinikaya müraciət etməyib, insident parklanma üstündə baş verib. A.Ağayev parklanma yeri tutulduğu üçün gözətçini ağır sözlərlə təhqir edib və nəticədə də dava düşüb.

 

Ancaq sosial şəbəkələrdə yayılan bu ehtimalı hadisənin səhər 7-də baş verməsi azaldır. Parklanma axşam və ya gecə saatlarında olar, səhər tezdən yox, üstəlik, Ağadadaş Ağayevin geyimi onun haradansa gəldiyini əks etdirmir, o geyimlə ancaq evdə olmaq mümkündür.

 

Xatırladaq ki, faktla bağll artıq cinayət işi açılıb və Ağadadaş Ağayev və Nurəddin Cəlilov istintaqa cəlb edilib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
26/08/2024 22:15
158

Atası 16 yaşlı oğlunun meyitini tapdı: "Əlimi ürəyinə qoydum, gördüm vurmur"

24/08/2024 14:00
654

Əhməd Əhmədov SAXLANILDI - RƏSMİ

23/08/2024 21:24
154

“50 qəpik” avtoyumasında faciə: 13 yaşlı oğlan öldü

13/08/2024 22:24
157

38 yaşlı Zülfiyyə telefon işlətdiyinə görə ÖLDÜRÜLÜBMÜŞ

12/08/2024 00:43
331

SON DƏQİQƏ! Ağır qəza baş verib: Ölənlər var

31/07/2024 20:32
181

Azərbaycanda bu şəxslər bir ilədək HƏBS EDİLƏCƏK - AÇIQLAMA