“50 qəpik” avtoyumasında faciə: 13 yaşlı oğlan öldü

23/08/2024 21:24
139

Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində dəhşətli hadisə baş verib.

 

Bizimlider.Az publika.az-a istinadən xəbər verir ki, dostu ilə birgə avtoyuma məntəqəsinə velosipedini yumağa gedən 2010-cu il təvəllüdlü Rəşad Babayevi cərəyan vurub.

 

Nəticədə yeniyetmə hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb. Obyektin sahibi təqsirləndirilən şəxs qismində cəlb edilib.Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı oğlan dostu ilə su borusunu dartarkən onu cərəyan vurub.

 

Yeniyetmənin dostu hadisəni belə təsvir edib:

 

"Rəşadı əvvəllər tanımırdım, Hövsanda yaşamırdı, bir neçə gün idi ki, babasıgilə qonaq gəlmişdi, arabir küçəyə çıxıb bizimlə oynayırdı. Mən bəzən öz velosipedimi yumaq üçün evimizdən bir qədər kənarda yerləşən "50 qəpik" deyilən avtoyuma məntəqəsinə gedirdim. Həmin gün günorta saatlarında velosipedi yumaq üçün evdən çıxan zaman Rəşadla görüşdüm, hara getdiyimi soruşdu, velosiped yumağa getdiyimi dedim. Rəşad da getmək istədiyini dedi, birlikdə ora getdik. 50 qəpik pulu aparata atıb velosipedi özüm yuyan zaman Rəşad mənim əlimdən təzyiq şlanqını alaraq velosipedi özü yumaq istədi. Lakin imtina edərək velosipedi özüm yuyacağımı dedim. İkinci dəfə isə Rəşad şlanqı əlimdən aldı, velosipedi yumaq istəyərkən artıq onu elektrik cərəyanı vurdu. Mən şlanqın plastmas yerindən tutduğum üçün məni cərəyan vurmadı. Lakin Rəşad şlanqın plastik yerindən deyil, dəmir hissəsindən yapışdığı üçün onu "tok" vurdu. Rəşad həmin vaxt yerə yıxıldı və tanımadığım adam bizi görərək köməyə gəldi, Rəşadın yanında olan həmin su təzyiqi şlanqını ayağı ilə kənara vurub itələdi. Mən isə qaçaraq Rəşadın anasına hadisə barədə məlumat verdim".

 

Suraxanı rayon Məhkəməsinin hökmü ilə obyektin sahibi Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib. O, qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 2 il müddətə islah işləri növündə cəzaya məhkum edilib.

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
26/08/2024 22:15
139

Atası 16 yaşlı oğlunun meyitini tapdı: "Əlimi ürəyinə qoydum, gördüm vurmur"

24/08/2024 14:00
633

Əhməd Əhmədov SAXLANILDI - RƏSMİ

13/08/2024 22:24
143

38 yaşlı Zülfiyyə telefon işlətdiyinə görə ÖLDÜRÜLÜBMÜŞ

12/08/2024 00:43
306

SON DƏQİQƏ! Ağır qəza baş verib: Ölənlər var

31/07/2024 20:32
163

Azərbaycanda bu şəxslər bir ilədək HƏBS EDİLƏCƏK - AÇIQLAMA

28/07/2024 07:20
157

DİN-dən xəbərdarlıq: Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər