Prezident yeni fərman İMZALADI

08/07/2024 20:53
432

Prezident İlham Əliyev Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən istifadə ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

 

 

 

Sfera.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç və İsveçrədən daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.

 

 

 

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını dörd ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməli, Xarici İşlər Nazirliyi isə İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına üzv olan dövlətlərə, Norveç və İsveçrə tərəfinə müvafiq bildiriş göndərməlidir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 09:00
506

Yeni tələbə olanların nəzərinə!-Bu gün, saat 11:00-da...

28/08/2024 08:17
747

Yaşı 90-dan çox olan vətəndaşlar ən çox bu rayonlardadır

28/08/2024 00:33
590

Var-dövlət toplamağın gizli qaydaları

27/08/2024 13:59
576

"Sələmə pul verirmiş, qızıllarını girov qoyub..." - Tanınmış həkimin qətlinin TƏFƏRRÜATI

27/08/2024 10:35
2884

SON DƏQİQƏ! Azərbaycanda VƏZİFƏLİ ŞƏXS VƏFAT ETDİ

27/08/2024 09:30
334

Tələbə adını qazananların nəzərinə - Qeydiyyat başlayır