Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

18/02/2025 14:26
315

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir:

 

“Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.”

 

İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı - 62-63 yaş - daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək.

 

Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.

 

Zəhraxanım Şeydayeva

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
20/02/2025 09:53
327

Səhəri DƏHŞƏTLI XƏBƏRLƏ açdıq: 17 yaşlı oğlan qəza törətdi, atası və anası öldü

20/02/2025 01:16
231

Bürclərin ən qaranlıq tərəfləri - Ehtiyatlı olun!!!

19/02/2025 19:03
220

Krediti olan şəxslərin DİQQƏTİNƏ! Maaşınızı bu cür tənzimləsəniz...

18/02/2025 22:25
147

Bu şəxslər öldükdə pensiyasını ailəsi ala biləcək? – Ekspert açıqladı

18/02/2025 01:36
304

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

17/02/2025 14:00
317

Bu şəxslərə ayda 900 manat veriləcək