Azərbaycan sərhədini keçmək istədilər, atəş açıldı

06/07/2024 21:59
415

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.

 

News24.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.Sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb.

 

"Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış keçirilərkən 15 kiloqram 25 qram narkotik vasitə (15 kiloqram marixuana; 25 qram tiryək) aşkarlanaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.

 

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
16/02/2025 13:23
583

Daha bir ölkədə qanlı savaş başladı, şəhərlər bir-bir ələ keçirilir: 24 SAAT VAXT VERİLDİ

03/02/2025 13:36
250

Rusiya hərbçiləri Xəzər dənizi üzərində PUA VURDU

24/01/2025 01:04
180

Hərbçilərə ŞAD XƏBƏR - Maaşları bu qədər artacaq

17/01/2025 09:30
441

Bir milyonluq ordu hərəkətə keçəcək, hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR

24/08/2024 23:09
384

Füzulidə sursat partlayıb, yaralanan var

21/08/2024 12:18
804

Müdafiə Nazirliyi məlumat YAYDI – Şəxsiyyət vəsiqəsi, hərbi biletin surəti…