Azərbaycan, Rusiya və İran Şimal-Cənub dəhlizi üçün yeni işçi qrupu yaradacaq

17/06/2024 14:56
306

Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər və Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər.

 

Bu barədə Rusiyanın İrandakı ticarət nümayəndəliyində Rusiya nümayəndə heyətinin tərkibində işçi qrupunun yaradılmasına həsr olunmuş ekspertlərin iclasında iştirak edən Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanayev məlumat verib.

 

“Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və “İran Astarası”, “Azərbaycan Astarası”, “Azərbaycanın Cənubi Astarası”, “Taqirkent-Kazmalyar”, “Yarağ-Kazmalyar” məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirmişik”, – agentliyin həmsöhbəti bildirib.

 

“Biz Azərbaycan tərəfi ilə ikitərəfli razılığa gəldik”, – deyə Tanayev bildirib.

 

O, yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının demək olar ki, on ildə ilk dəfə keçirildiyini vurğulayıb.

 

Oxu.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 06:56
132

Tanınmış azərbaycanlı hotel otağında ölü tapıldı

27/08/2024 00:05
286

Keçmişin sirləri: 19-cu əsrin gizli mesajı tapıldı

25/08/2024 17:46
263

“Bu ilin sonunda yad məxuqların hücumuna məruz qalacağıq”- Şok iddia

25/08/2024 17:17
288

İsraildə fövqəladə vəziyyət: Universitetlər, çimərliklər bağlandı

24/08/2024 08:09
459

Avtobusdan bir çanta PUL TAPILDI - Görün içindən neçə min manat ÇIXDI

23/08/2024 07:10
2080

BU ÖLKƏLƏR SİZİ GÖZLƏYİR-Pulsuz torpaq sahəsi, ev, hər uşağa 3 min müavinət