Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasındakı otel otağında ölü tapılıb.
Türkiyə mediası xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Hadisə saat 13.30 radələrində Kadınlar Dənizi rayonunda yerləşən 5 ulduzlu oteldə baş verib.
Əldə edilən məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib. Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib.
Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər. Xəbərdarlığın ardından otelə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən edilib. Mahir Məmmədovun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.
Konkret.az saytı iddia edir ki, vəfat edən şəxs Prezidentin Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç