Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün saxta sənəd təqdim edən saxlanılıb.
Bizimlider.az Lent.az-ın əldə etdiyi məlumata görə bildirir ki, 58 yaşlı Gürcüstan vətəndaşı Şamil Cəlilov (ad və soyad şərti) həmin ölkənin Rustavi şəhərində pul müqabilində saxta sürücülük vəsiqəsi alıb. Onun 2022-ci ilin avqust ayında “Dato” adlı şəxsdən aldığı “C” kateqoriyalı vəsiqəsi Türkiyə Respublikasına aid olub. Blankları mətbəə çap üsulu ilə deyil, printerlə hazırlanıb.
Ş. Cəlilov bir ay sonra, sentyabrda Azərbaycana məxsus orijinal sürücülük vəsiqəsi əldə etmək üçün Sumqayıtda yerləşən 2 saylı “Asan Xidmət” Mərkəzinə gəlib. Müvafiq şöbəyə yaxınlaşaraq, həmin saxta vəsiqəni təqdim edib. Nəticədə əsl vəsiqəni ala bilib.
Hətta o, aldığı əsl vəsiqənin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin saxta sürücülük vəsiqəsi ilə yenidən eyni “Asan Xidmət” Mərkəzinin müvafiq şöbəsinə üz tutub. Və bu dəfə də istəyinə nail olaraq, orijinal Azərbaycan sürücülük vəsiqəsinin etibarlılıq müddətini artıra bilib.
Onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddəsilə cinayət işi açılıb.
Hazırda Sumqayıt şəhər Məhkəməsində istintaq davam edir.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç