Hansı universitetlərdə illik təhsil haqqi artırılıb? - RƏQƏMLƏR

27/07/2024 07:05
301

Azərbaycanda bəzi universitetlərdə illik təhsil haqqı artırılıb.

 

 

 

Sfera.az xəbər verir ki, artıq qəbul imtahanlarının yekunlaşması ilə yaxın vaxtlarda universitetlərə ixtisas seçiminin başlaması nəzərdə tutulur. Ötən illə müqayisədə 2024, 2025-ci tədris ilində plan yerlərinin sayı 5% artırılıb. Yeni tədris ilində 60 minə yaxın abituriyentin tələbə adını qazanacağı gözlənilir. Onlardan 32 minə yaxını ödənişli əsaslarla təhsil alacaq.

 

 

 

İllik ödənişin artırıldığı universitetlərdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universitetin mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, burada illik təhsil ödənişi bütün ixtisaslar üzrə qaldırılıb.

 

 

 

İllik təhsil haqqının artırıldığı digər təhsil ocağı isə Azərbaycan Dillər Universitetidir. Qurumdan verilən məlumata əsasən, bir sıra ixtisaslarda qismən təhsil haqqı dəyişikliyi nəzərdə tutulub. Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə ixtisaslarını göstərmək olar.

 

 

 

İngilis dili müəllimliyi ixtisasının illik təhsil haqqı isə 2500 manatdan 2700 manata qaldırılıb. Təhsil haqqında edilən artım bu il universitetə qəbul olacaq tələbələr üçün nəzərdə tutulubİqtisad Universitetindən isə bildirilib ki, isə tədris olunan müvafiq ixtisaslar üzrə təhsil haqqı digər universitetlərdəki təhsil haqqına uyğunlaşdırılıb. İllik təhsil haqqı ixtisaslara görə 1600-2600 manat arasında dəyişir. İqtisad universitetində bakalavr səviyyəsi üzrə 23 ixtisasda təhsil haqqı dəyişməz olaraq qalıb, yalnız 1 ixtisas üzrə 200 manatlıq artım olub. Əvvəlki illərdə qəbul olan tələbələrin təhsil haqları dəyişməz olaraq qalır.

 

 

 

Ekspertlər isə bildirirlər ki, universitetlərdə illik ödənişlərin artırılması həmin universitetin gəlir və xərclərinə uyğun olaraq aparılır.

 

 

 

Qeyd edək ki, Bakı Dövlət, Mədəniyyət və İncəsənət, Memarlıq və İnşaat, Dövlət Neft və Sənaye, Texniki Universitetin illik təhsil haqlarında dəyişiklik yoxdur.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 09:00
417

Yeni tələbə olanların nəzərinə!-Bu gün, saat 11:00-da...

28/08/2024 08:17
635

Yaşı 90-dan çox olan vətəndaşlar ən çox bu rayonlardadır

28/08/2024 00:33
515

Var-dövlət toplamağın gizli qaydaları

27/08/2024 13:59
509

"Sələmə pul verirmiş, qızıllarını girov qoyub..." - Tanınmış həkimin qətlinin TƏFƏRRÜATI

27/08/2024 10:35
2813

SON DƏQİQƏ! Azərbaycanda VƏZİFƏLİ ŞƏXS VƏFAT ETDİ

27/08/2024 09:30
290

Tələbə adını qazananların nəzərinə - Qeydiyyat başlayır