Rəşid Mahmudov zəmanət verir: "Bunu edin, xərçəng olmayacaqsınız"

05/02/2024 21:39
642

Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir. 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov xərçəng xəstəliyinin meydana gəlməsinin başlıca səbəbini yod çatışmazlığında görür:

"Bizim vaxtımızda 45-50 yaşından aşağı adamlarda xərçəng xəstəliyinə demək olar ki, rast gəlinmirdi. İndi isə uşaqlarda belə xərçəng xəstəliyinə təsadüf olunur.

2013-cü ildən 2021-ci ilə qədər ABŞ alimlərinin apardıqları təcrübəyə görə yod çatışmazlığı ucbatından meydana gələn xəstəliklər arasında göz xəstəlikləri, autizm və süd vəzi xərçəngi yüksək pillədə durur. Xərçəngin süd vəzi, prostat, dəri və mədədə yaranan növləri birbaşa yod çatışmazlığı ilə bağlıdır. Dünya əhalisinin üçdə birində yod çatışmır. Yəni 2 milyarddan çox insanda yod əskikliyi özünü göstərir.

2000-ci ildə İsveçrə alimləri yodu ionlaşdırmış şəkildə əldə edə bildilər. Sonralar bütün dünyada bundan istifadə olundu. Xarici ölkələrdə suya yod qatılır".

Rəşad Mahmudov insanlara yodlu qidalardan istifadə etməyi tövsiyə edib.

"Məsələn, Yaponiyada xərçəngə yoluxan adam çox azdır. Çünki onların qidası yodludur. Yod əsas olaraq suda və dəniz məhsullarında olur. Xərçəngin qarşısını almaq üçün yod qəbul etmək şərtdir. Bu xəstəliyin əmələ gəlməsi ilə bağlı 400 nəzəriyyə var. Bütün nəzəriyyələrdə yodun xərçəng üzərindəki təsirləri öz əksini tapır. İnsanların qanında yodun miqdarı normal dərəcədə olarsa, xərçəngə yoluxma olmaz. Vətəndaşlara mütləq şəkildə yodlu qidalardan istifadə etməyi tövsiyə edirəm".

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 15:31
455

Sabahdan Bakıya bu giriş TAM BAĞLANIR - RƏSMİ

28/08/2024 09:06
133

Bəzi vitaminlər var ki, onların norma həddinin aşılması insan üçün öldürücü ola bilər. Bunlara xüsusən D və B vitaminləri aiddir.

28/08/2024 00:26
150

Oteldən sifariş götürən taksi sürücüsü HƏYATININ ŞOKUNU YAŞADI

28/08/2024 00:23
302

Abituriyentlərin NƏZƏRİNƏ!- Dövlət bu şəxslərin təhsil haqqını ÖDƏYƏCƏK

28/08/2024 00:11
1635

Əhaliyə XƏBƏRDARLIQ: SABAH SAAT 09:00-dan ETİBARƏN…

28/08/2024 00:06
146

Bakıda ucuz avtomobillər satışa çıxarıldı - Qiymətlər