Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI: "Yoluxanların sağalması mümkün deyil"

26/07/2024 20:49
362

Azərbaycanda qırmızı qurd eşənəyi xəstəliyindən ölüm faktı qeydə alınıb.

 

Milli.Az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, sözügedən xəstəlikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.

 

Xəstənin 15 ildir qırmızı qurd eşənəyi xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

 

Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?

 

Mövzu barədə Bizim.media-ya danışan tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir:

 

"Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cisim, yad maddə, antigen daxil olur. Əgər xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemə görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürəkkəb mexanizmdir. Nəticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlamış olur.

 

Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adi soyuqdəymə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yeridilməsindən və digər səbəblərdən başlaya bilir".

 

Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarında göstərir:

 

"Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sifətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Heç vaxt tam sağalmır

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
17/10/2024 15:07
13

Sədərək mağazaları onlayn olmağa başlayır?

16/10/2024 15:27
11

Birinci beynəlxalq "Avrasiya" kinofestivalı keçiriləcək

09/10/2024 13:24
21

Bakıda “Samsung” brendinin yeni mağazasının açılışı olub

28/08/2024 15:31
499

Sabahdan Bakıya bu giriş TAM BAĞLANIR - RƏSMİ

28/08/2024 09:06
161

Bəzi vitaminlər var ki, onların norma həddinin aşılması insan üçün öldürücü ola bilər. Bunlara xüsusən D və B vitaminləri aiddir.

28/08/2024 00:26
176

Oteldən sifariş götürən taksi sürücüsü HƏYATININ ŞOKUNU YAŞADI