Əri onu özündən xəbərsiz boşadı - Unudulan müğənni tanınmaz halda - FOTOLAR

04/02/2024 21:02
271

"Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı, bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə ürəklərə yol tapmış müğənni Sahibə Əhmədova indi haralardadır?

 

Qlobal.net bildirir ki, lent.az "Unudulan məşhurlar" rubrikasında Əməkdar artist Sahibə Əhmədovanın ömür yoluna nəzər salır.

 

Çinar boyu, kişi səsini xatırladan gur səsi ilə konsert salonlarını lərzəyə gətirən Sahibə Əhmədova çox faciəli bir ömür yaşayıb, tale ona Ərəbzənginin gücünü verməyib.

Opera və Balet Teatrının solisti idi. Şöhrətin zirvəsində ikən əri ondan sənətdən ayrılmasını tələb edib. Rayon-rayon, ölkə-ölkə gəzib konsertlər verən Sahibə Əhmədova səhnədən ayrılıb, evinin qadını olub. 3 övladını böyüdüb, evləndirib. Dəfələrlə ərinin xəyanəti ilə üzləşsə də, səsini çıxarmayıb, "ayıbdır" deyib, ömrünü ona həsr edib. İş o yerə çatıb ki, əri ona öz əmisi qızı ilə xəyanət edib, Sahibə yenə susub. Amma taleyin ona hazırladığı pis sürprizlər başa çatmayıbmış. 60 yaşında xərcəng xəstəsi olduğunu öyrənir. Yatağa düşür. Ömrünü həsr etdiyi əri ona baxmaq əvəzinə gedib gizlin boşayır, özündən 20 yaş kiçik xanımla evlənir. 

Hazırda 68 yaşı olan Sahibə Əhmədova balaca 1 otaqlı mənzilində tək yaşayır. Unudulub, kimsə yada salmır, itirib axtarmır. Dəfələrlə şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər etsə də, dəyişən bir şey olmayıb. Öz dediyinə görə, yenicə əməliyyatdan çıxıb, Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Gülüstan Əliyeva ona baş çəkməyə söz versələr də, gəlib çıxmayıblar. Sahibə xanım gözü yolda, könlü səsdə qapısının döyülməsini gözləyir. Bəlkə yada düşər deyə.

27/07/2024 10:23
274

50 yaşında 25 yaşlı kimi necə görünmək olar? - Gündə sadəcə 7 dəqiqə vaxt ayır

27/07/2024 10:04
372

BU XƏTLƏR uyğun gələrsə, görün nələr olacaq...O qədər dəqiqdir ki..., İNANMAYACAQSINIZ!

26/07/2024 23:08
285

Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi

26/07/2024 23:01
880

Avqust ayında xəyanətə uğrayacaq bürclər. Həyat yoldaşına xəyanət edən BÜRCLƏR - Hamıdan gizlədilən GÜNAHLAR

26/07/2024 13:49
320

Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI: "Yoluxanların sağalması mümkün deyil"

26/07/2024 13:39
149

Azərbaycanda hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ!