Evinə gizli kamera yerləşdirən şəxs, görün NƏLƏR GÖRDÜ: QONŞUNUN QIZI... - Azərbaycanda DƏHŞƏT

02/02/2025 00:02
472

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunin evindən külli miqdarda oğurluq etməkdə ittiham olunan Fəridə Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və ona 7 il həbs cəzası verilib.

 

 

 

Qlobal.net Virtualaz.org-a istinadən xəbər verir ki, onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Həmçinin, prosesdə zərərçəkmiş M.Abasovun 55 min 660 manatlıq mülki iddiası da qismən təmin edilib.

 

 

 

F.Quliyevanın qonşusunun evindən ayrı-ayrı vaxtlarda ümumilikdə 79 min 450 manatlıq oğurluq etdiyi məlum olub. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib. 

 

 

 

 

Oğurluq hadisəsi paytaxtın Nizami rayonu, Balakişiyev küçəsi, bina 46-da baş verib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Abasov 2015-ci ildən etibarən yataq otağındakı dolabda saxladığı pulların azaldığını hiss edib. Kəsir məbləğlər 50-100-200 manat civarında olduğundan pulu ya özünün, ya da ailə üzvlərinin xərclədiyini, hesab aparanda səhvə yol verdiyini düşünüb.

 

 

 

Bir müddət sonra isə itmiş pulların ardınca həyat yoldaşına məxsus brilyant sırğalar da qeybə çəkilib. Oğurluq versiyası öncə ağıllarına gəlməyib. İtən əşyaların sırasına çox keçməyib ki, qaynı üçün alınmış bahalı qızıl dəsti əlavə olunub...

 

 

 

Nəhayət, yaşadığı evə gizli kamera quraşdıran M.Abasov oğrunu özü “tutub”. Kamera görüntüləri zamanı məlum olub ki, pulları və qızılları aparan 38 illik qapıbir qonşusunun qızıdır. Ev sahibi əvvəlcə baş verənləri sakitcə yoluna qoymağa cəhd edib. Pullar və qızıllar geri qaytarılacağı təqdirdə heç yana şikayət etməyəcəyini də deyib. Amma qarşı tərəfin oğurlananları geri qaytarmaq niyyətində olmadıqlarını görəndə polisə şikayət edib. Hadisəsinin videogörüntülərini, səs yazılarını diskə köçürüb polisə orqanlarına təqdim edib. Bir müddət sonra F.Quliyeva barəsində cinayət işi qaldırılıb. Barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

 

 

 

Xatırladaq ki, F.Quliyevanın atası T.Qənbərov əvvəllər daxili işlər orqanlarında çalışıb.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
19/02/2025 14:37
1129

Rəşad Dağlı tutulandan sonra dustaqlar ona həbsxanada görün nə ediblər - Şok iddia

15/02/2025 00:15
406

Məmur arvadını və ustanı öldürmüşdü – XƏYANƏT, amma əslində...

12/02/2025 08:19
639

Ərli qadınla subay oğlanın şok hərəkəti: "Rayona getdik, kənddə axşam..." – Təfərrüat

12/02/2025 00:19
357

Azərbaycanlı iş adamı 120 bıçaq zərbəsi ilə öldürüldü

11/02/2025 14:27
251

Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: Azərbaycanda film kimi OLAY

08/02/2025 02:14
444

Bal ayı zəhərə döndü: Ərinin telefonuna baxıb dəhşətli sirrini öyrəndi