Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi
AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat edib.
Bu barədə Premium Bank-ın "Facebook” hesabında qeyd olunub.
Qeyd edək ki, Zərifə Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, "Gazelli Group" şirkətinin təsisçisi və prezidentidir. Tibb Universitetini bitirdikdən və 15 ildən çox Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedranın dosenti işlədikdən sonra Zərifə Həmzəyeva Moskvada elmi-tədqiqat işini müvəffəqiyyətlə müdafiə edib. Z.Həmzəyeva həmçinin "Premium Bank” ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvüdür.
Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç