Dərsə adaptasiya üçün nə etməli? — MƏSLƏHƏT

27/08/2024 00:51
139

Artıq bir neçə gündən sonra yeni tədris ili başlayır. Şagirdlər yeni tədris ili üçün öz tədarüklərini görməyə başlayıblar. Bəzi şagirdlər dərsin başlamasını sevinc hissi ilə gözləsələr də, bəziləri dərslərin başlamasını istəmir. Hətta yeni tədris ilində, yeni dərs günündə dərsə adaptasiya olmaqda çətinlik çəkir. Bəs, bu nə ilə əlaqəlidir? Uşaqları yeni tədris ilində dərsə necə adaptasiya etməliyik?

 

Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavab verən psixoloq Aygün Cəfərova bildirdi ki, uşaqlar məktəbə rahat adaptasiya olmaq üçün ilk öncə məktəb başlamazdan əvvəl evdə valideynlər uşaqların yuxu rejimini ilk öncə nizamlamalıdır.

 

“ Çünki beyin artıq bu saatlarda, yəni dərs saatlarında oyanmağa başlamalıdır. Yay tətilində uşaqların rejimi dəyişir. İstər-istəməz, dərs zamanı səhər saat 6-7 və yaxud 8-də oyanırdılarsa, artıq yay tətilində daha gec saatlarda oyanırdılar. Bunu nəzərə alaraq, məktəb başlayana yaxın, minimum 3 həftə öncədən uşaqların yuxu rejimi nizamlanmalıdır. Ən əsası da, müəllimlər hər zaman uşaqları tətilə yola salarkən, yay tapşırıqları mütləq yerinə yetirilməlidir. Bu tapşırıqlar ona görə yerinə yetirilməlidir ki, uşaqların beynində olan, keçilmiş dərslər yenilənsin. Bu evdə valideynlərin edəcəyi şeylərdir. Valideynlər öz övladları ilə dərs ili ilə bağlı söhbətlər aparmalıdır. Digər məsuliyyət isə müəllimlərin üzərinə düşür. Müəllimlər yeni dərs ilinə başlayanda ilk həftələrdə uşaqlara daha çox yüklənməməli və mərhələli şəkildə dərs tapşırıqları verməlidir. Belə olduqda uşaqlar daha rahat və sevgi ilə dərsə yanaşırlar. Amma əksinə, məcburiyyətlə dərs olunanda, təbii ki, uşaq dərsə gec adaptasiya olur və xoş hislər keçirmir”.  

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 15:31
458

Sabahdan Bakıya bu giriş TAM BAĞLANIR - RƏSMİ

28/08/2024 09:06
134

Bəzi vitaminlər var ki, onların norma həddinin aşılması insan üçün öldürücü ola bilər. Bunlara xüsusən D və B vitaminləri aiddir.

28/08/2024 00:26
153

Oteldən sifariş götürən taksi sürücüsü HƏYATININ ŞOKUNU YAŞADI

28/08/2024 00:23
305

Abituriyentlərin NƏZƏRİNƏ!- Dövlət bu şəxslərin təhsil haqqını ÖDƏYƏCƏK

28/08/2024 00:11
1635

Əhaliyə XƏBƏRDARLIQ: SABAH SAAT 09:00-dan ETİBARƏN…

28/08/2024 00:06
149

Bakıda ucuz avtomobillər satışa çıxarıldı - Qiymətlər