Toy etmək istəyənlərə PİS XƏBƏR - Növbəti 2 ay ərzində...

26/08/2024 23:15
1883

Hazırda Məhərrəmlik ayı ilə bağlı toy və nişan tədbirlərinin keçirilməməsi səbəbindən şadlıq saraylarının fəaliyyətində durğunluq müşahidə olunur. Belə vaxtlarda şadlıq saraylarının bir çoxu yas və digər məclislərin keçirilməsi üçün istifadə edilsə də, gəlirləri toy dövrü ilə müqayisədə aşağı olur. 

 

Digər tərəfdən, noyabr ayında paytaxtda baş tutacaq COP29 tədbiri zamanı da toyların keçirilməsinin məhdudlaşdırılması istisna deyil. Belə olan təqdirdə sentyabr və oktyabr aylarında şadlıq saraylarında qiymətlərin kəskin artacağı gözlənilir. Bu ehtimal nə dərəcədə doğrudur? 

 

Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti 2 ay ərzində şadlıq saraylarında bahalaşma ehtimalı böyükdür: "Əsasən COP29-a qədər, daha doğrusu sentyabr-oktyabr aylarında toyların sayının kəskin artacağı gözlənilir. Digər tərəfdən, ərzaq məshullarının qiymətində də artımın olduğunu nəzərə alsaq, düşünürəm ki, bu 2 ay ərzində şadlıq saraylarında qiymət artımını görə bilərik. Hələki COP29 tədbiri zamanı toyların keçirilməsi sual altındadır. Bu barədə hansısa rəsmi məlumat olmasa da, gəzən-söz-söhbətlər ondan xəbər verir ki, ola bilsin tədbir dövründə toylar keçirilməsin. Bu da şadlıq saraylarına maddi ziyan vuracaq deyə, onlar sentyabr-oktyabr aylarında həmin ziyanı da kompensasiya etmək üçün qiymətləri artırmağı düşünə bilərlər. Çox güman ki, belə də edəcəklər". 

 

Ekspert COP29 tədbiri ərzində kafe və restoranlar üçün olduqca əlverişli mühitin formalaşacağını qeyd edib: "O ki qaldı şadlıq saraylarından kənar kafe və restoranlara, əksinə, COP29 zamanı onların müştəriləri artacaq. Çünki deyilən görə, 80-90 min qonaq gələcək və təbii olaraq, onların şəhərdə gəzməsi, kafelərdə, restoranlarda yemək yeməsi əlavə gəlir mənbəyinə çevirilə bilər". 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 09:00
469

Yeni tələbə olanların nəzərinə!-Bu gün, saat 11:00-da...

28/08/2024 08:17
680

Yaşı 90-dan çox olan vətəndaşlar ən çox bu rayonlardadır

28/08/2024 00:33
562

Var-dövlət toplamağın gizli qaydaları

27/08/2024 13:59
546

"Sələmə pul verirmiş, qızıllarını girov qoyub..." - Tanınmış həkimin qətlinin TƏFƏRRÜATI

27/08/2024 10:35
2847

SON DƏQİQƏ! Azərbaycanda VƏZİFƏLİ ŞƏXS VƏFAT ETDİ

27/08/2024 09:30
309

Tələbə adını qazananların nəzərinə - Qeydiyyat başlayır