"Diri-diri" basdırılan, qəbri açılan Xalq artistimizin ölümü ilə bağlı dəhşətli iddialar

18/08/2024 00:03
4029

Bizimlider.az Kulis.az-a istinadən Xalq artisti Gülşən Qurbanovanın anım günündə onunla bağlı maraqlı faktları təqdim edir.

 

Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Orta təhsilini 175 saylı məktəbdə rus dilində alıb. 15 yaşında kitabxanaçılıq texnikumunu bitirdikdən sonra TV-də rejissor assistenti işləməyə başlayır. 1974-cü ildə Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini başa vurub Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olur.Aktrisa teatrda işlədiyi illərdə "Mənim nəğməkar bibim", "Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq", "Zəncirlənmiş Prometey", "Pul dəlisi", "Bala bəla sözündəndir" kimi tamaşalarda kaloritli obrazlar yaradıb. Onun filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.

 

***

 

 

Gülşən Qurbanova aktyor Ağadadaş Qurbanovun qızı olub. Atasının faciəvi ölümü isə onun gözlərinin qarşısında baş verib. Ağadadaş Qurbanov Salyana qastrola gedəndə 15 yaşlı Gülşəni də özü ilə bərabər aparıb. Mehmanxanaların birində Gülşənlə atasının dayandığı eyvan uçur. Ağadadaş Qurbanov vəfat edir, Gülşənin isə qolu sınır. Onu xəstəxanaya aparırlar və atasının ölümünü bir müddət ondan gizlədirlər.

 

Məşhur aktyor Hamlet Qurbanov aktrisanın ata bir ana ayrı qardaşı olub. Atasının ölümünə qədər onlar heç zaman görüşməyiblər. Yalnız atasının dəfn mərasimində bacı-qardaş tanış olub, mehribanlaşıblar. Lakin sonralar Hamlet Qurbanovanın anası aktrisa Gülxar Həsənovanın Gülşən Qurbanovanın anası haqqında dediyi xoşagəlməz sözlər yenidən onların arasında soyuqluq yaradıb.

 

 

Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürmür. Ayrılıqdan sonra aktrisa daha bir həmkarı ilə - Mübariz Əlixanoğlu ilə ailə qurur. Lakin onun ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. M. Əlixanoğlu bir neçə filmdə, o cümlədən “Yol əhvalatı”nda inspektor rolunda çəkilib.

 

 

2006-cı ildə teatrdan ayrılan Gülşən Qurbanova telekanallara dəvət alır və uzun müddət AzTV-nin “Gəlin, birlikdə gülək” adlı layihəsinin ulduzuna çevrilir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. Elə həmin illərdə aktrisanın əməkdar artist Azər Mirzəyevlə eşq macərası yaşadığı söylənilir.

 

***

 

AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə edir. Amma Gülşən xanım bu telekanaldan incik ayrılır.

 

 

 

 

Çox adam bilmir ki, Gülşən Qurbanova 3 dəfə infarkt keçirib. Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən növbəti dəfə infarkt keçirərək 56 yaşında vəfat edir. Ailə üzvləri onu Fəxri Xiyabanda dəfn etməyə çalışsalar da buna heç cür nail ola bilmirlər.

 

Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətməyib. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.

 

***

 

 

Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

 

 

 

İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşır. Amma aktrisaya çox yaxın olan adamlar onun ölümünün hansı səbəbdən baş verdiyini dəqiq bilirlər. Həmkarlarının dediyinə görə, aktrisanın adı ömrünün son illərində bir sıra naməlum məslələrdə hallanıb. Adlarının çəkilməsinin istəməyən həmkarlarının dediyinə görə bir gün o, efirdə olanda aktrisaya xəbər çatır ki, polislər onu axtarırlar. Hətta polis bölməsində onu gözlədiklərini deyirlər. Guya, qorxuya düşən aktrisa bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya sığınır. Günlərin birində çəkilişdən yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayır. Amma sən demə, aktrisanın öldüyündən xəbər tutan yaxınları onu tez evə gətirirlər ki, cəmiyyət bundan xəbərdar olmasın.

 

 

Aktrisa dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsi Maqsudun qırxı çıxmamışdı. Amma təəssüf ki, onu cəmi 20 gün görə bildi.

 

Adının çəkilməsini istəməyən həmkarlarından biri deyir ki, ölümündən bir neçə gün sonra onun qəbri yaxınları tərəfindən açılır. Bu həqiqətdir, yoxsa şayiə, amma iddia olunur ki:

 

“Kəfəni cırıblar. Görüblər ki, üz gözü cırıq-cırıqdır. Sağ əli qulağının dibində qalıb. Bundan sonra belə qənaətə gəliblər ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə polislərin axtardığını eşidəndən sonra güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb. Gülşən köhnə qəbiristanlıqda dəfn olunub”.

 

***

 

Lakin, bu söz-söhbətlərdən sonra aktrisanın qızı Kəmalə bir neçə sayta açıqlama verərək bildirib ki, Gülşən Qurbanovanın ölümü ilə bağlı yayılan bu fikirlər heç bir halda həiqəti əks etdirmir.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
25/08/2024 23:12
585

Rusiyanın Xalq artisti vəfat etdi

17/08/2024 16:20
1579

Məşhur aktyor ürəktutmasından DÜNYASINI DƏYİŞDİ

16/08/2024 20:48
189

Xalq artisti uzun illərdir "övladını görmür": "Çox kədərli günlər yaşayıram"

16/08/2024 19:22
2944

Əməkdar artistin xanımı vəfat etdi

14/08/2024 22:36
341

Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb

11/08/2024 17:46
170

Fədayə Laçının səhhətində problem yarandı