Azərbaycanda bu məhsullar 2 manata qədər BAHALAŞACAQ

26/07/2024 01:10
312

"Elektron siqaret, qəlyan və onların əvəzedicilərini satanların marjasından asılı olaraq qiymətlər hər ədəddə 1.50- 2 manat arası arta bilər”.

 

Bunu iqtisadçı Xalid Kərimli Azərbaycana gətirilən tütün və alkaqollu məhsulların bəziləri üçün aksiz dərəcələrinin artırılması haqqında danışarkən deyib.

 

O, bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata qaldırılması sahibkarın xərcinin artması deməkdir: "Bu isə əhəmiyyətli artımdır. Ona görə qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti ən azı 2 manat bahalaşacaq”.

 

Qeyd edək ki, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

 

Qərara əsasən Azərbaycana gətirlən tütün məhsulları və alkaqolluiçkilərlə yanaşı birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb./ Valyuta.az

 

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
28/08/2024 09:00
469

Yeni tələbə olanların nəzərinə!-Bu gün, saat 11:00-da...

28/08/2024 08:17
680

Yaşı 90-dan çox olan vətəndaşlar ən çox bu rayonlardadır

28/08/2024 00:33
562

Var-dövlət toplamağın gizli qaydaları

27/08/2024 13:59
546

"Sələmə pul verirmiş, qızıllarını girov qoyub..." - Tanınmış həkimin qətlinin TƏFƏRRÜATI

27/08/2024 10:35
2847

SON DƏQİQƏ! Azərbaycanda VƏZİFƏLİ ŞƏXS VƏFAT ETDİ

27/08/2024 09:30
309

Tələbə adını qazananların nəzərinə - Qeydiyyat başlayır