Müdafiə naziri: "Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq"

26/06/2024 13:49
444

Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq. Otuz ildir bizim torpaqlarımızı işğal etmişdilər. Nə oldu? Qərarlar qəbul edirdilər, ancaq bu qərarların arxasında heç nə durmurdu. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var idi. Bunun haqqında heç kim danışmır".

 

 

 

Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.

 

Qarabağdan köçən ermənilərə Azərbaycan tərəfindən bütün şəraitin yaradıldığını söyləyən nazir qeyd edib: “Heç kim onları buradan qovmurdu. onlar özləri də gedəndə deyirdilər ki, heç kim bizi qovmur, buradan sağ-salamat çıxıb gedirik. ...Buraya BMT-dən iki qrup gəlmişdi, gəldilər gördülər. Mən axı əməliyyat haqqında deyəndə, elə belə demirdim ki, möhtərəm cənab Prezident ciddi tapşırıq vermişdi. Hörmətli Birinci vitse-prezident humanitar məsələləri ciddi nəzarətdə saxlayırdı. Onlar bilirdilər ki, bu ikili standartları bizə qarşı yenə də tətbiq edəcəklər. Ancaq biz tədbirimizi gördük. Nə qədər çalışsalar da, hələ ki, şükürlər olsun, hədəflərinə çata bilmirlər. Yığılırlar, danışırlar, nəsə deyirlər. Möhtərəm cənab Prezidentin möhkəm iradəsi bunun hamısının qarşısını alır”.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
27/08/2024 17:49
636

27 avqust 23:59-dan... - Əhaliyə XƏBƏRDARLIQ!

25/08/2024 19:52
179

Məmurlara əmr: Telegramdakı yazışmalarınızı silin

24/08/2024 00:35
335

Adi qaşığın köməyi ilə sağlamlığınızın vəziyyətini yoxlayın

21/08/2024 19:54
957

Yaşı 35-dək olan Azərbaycan vətəndaşları oktyabrın 1-dən... - SƏRƏNCAM

18/08/2024 21:52
185

İlham Əliyev və birinci xanım evlərində Vladimir Putinlə şam etdilər

17/08/2024 22:07
226

İlham Əliyev Ərdoğanla danışdı - Türkiyəyə təyyarə göndərilib