Sənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR

23/06/2024 17:04
197

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bununla bağlı bir sıra normativ aktlar nəzərə alınmalıdır:

 

“Bu qanunda bir sıra normativ aktlar var. Kənd təsərrüfatı təyinatlı torpağın ümumi ölçüsü minimum 5 hektar olmalıdır və onun yalnız 1 faizində, yəni 500 kvadratmetrində tikinti işi aparmaq olar. Nəzərdə tutulmuş yerdə təkcə fərdi yaşayış evi deyil, müəyyən inzibati binalar, qonaqlama yerləri və bu kimi obyektlər də tikilə bilər. Digər yerdə qalan ərazilər isə yenə də kənd təsərrüfatı təyinatlı torpaq kimi qalacaq”. Həkim tap

 

Ekspert yeni qanunun daha öncə kənd təsərrüfatı təyinatı torpaqlarda tikilən evlərə aid edilməyəcəyini deyib:

 

“Bu qayda daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmayacaq. Həmin evlərin sənədləşdirilməsi ilə bağlı birmənalı olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir. Bu tətbiq olunmadıqca həmin yerlərdəki evlərə sənəd verilə bilməz. Çünki hər hansısa bir tikiliyə çıxarışın verilməsi üçün o tikilinin faktiki təyinatı ilə torpağın təyinatı eyniləşməlidir. Yəni həmin tikilinin yerləşdiyi torpağın təyinatı da dəyişdirilib tikinti təyinatına çevirilməlidir. Əks halda belə bir tikiliyə çıxarış verilə bilməz”.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
20/02/2025 09:53
390

Səhəri DƏHŞƏTLI XƏBƏRLƏ açdıq: 17 yaşlı oğlan qəza törətdi, atası və anası öldü

20/02/2025 01:16
296

Bürclərin ən qaranlıq tərəfləri - Ehtiyatlı olun!!!

19/02/2025 19:03
282

Krediti olan şəxslərin DİQQƏTİNƏ! Maaşınızı bu cür tənzimləsəniz...

18/02/2025 22:25
194

Bu şəxslər öldükdə pensiyasını ailəsi ala biləcək? – Ekspert açıqladı

18/02/2025 14:26
370

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

18/02/2025 01:36
352

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq