ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın bütün ərazilərinə zərbələr endirməsinə icazə verməsi üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxarır.
Bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial şəbəkə hesabında bildirib.
“Tam dəlilik! Müharibə şahinləri üçüncü dünya müharibəsinin başlaması üçün hər şeyə hazırdır”, - deyə o qeyd edib. Filippot bildirib ki, münaqişənin kəskinləşməsi sülh istəyən Donald Trampın prezident seçkilərində mümkün qələbəsi ərəfəsində baş verir.
Filippotun fikrincə, ABŞ-ın qərarından sonra Fransa hökumətinin də oxşar addımı ola bilər./Publika.az
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç