TƏCİLİ: İki erməni hərbçinin meyiti İrəvana təhvil verildi

22/06/2024 14:33
347

2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb.

 

News24.az xəbər verir ki, bu bardə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

 

Bildirilib ki, qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.

 

Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqi tapıb.

 

Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
24/08/2024 23:09
319

Füzulidə sursat partlayıb, yaralanan var

21/08/2024 12:18
741

Müdafiə Nazirliyi məlumat YAYDI – Şəxsiyyət vəsiqəsi, hərbi biletin surəti…

21/08/2024 00:11
57

Kreml qərarını verib - İrəvanı ciddi təhlükə gözləyir

14/08/2024 20:33
425

Varlı oğlanlar üçün yeni fürsət - Pul verib əsgər getməyəcəklər - Gürcüstanda...

12/08/2024 20:32
166

DİN Xankəndi ilə bağlı məlumat yaydı: Son bir həftə ərzində...

05/08/2024 17:15
336

Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb