Bu şəxslərə kompensasiya ödəniləcək - YENİ QANUN

21/06/2024 23:20
308

Prezident İlham Əliyev 7 dekabr 1999-cu il tarixli qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun təsdiqləyib.

 

Metbuat.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

İndiyə qədər gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilirdi.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
20/02/2025 09:53
390

Səhəri DƏHŞƏTLI XƏBƏRLƏ açdıq: 17 yaşlı oğlan qəza törətdi, atası və anası öldü

20/02/2025 01:16
296

Bürclərin ən qaranlıq tərəfləri - Ehtiyatlı olun!!!

19/02/2025 19:03
282

Krediti olan şəxslərin DİQQƏTİNƏ! Maaşınızı bu cür tənzimləsəniz...

18/02/2025 22:25
194

Bu şəxslər öldükdə pensiyasını ailəsi ala biləcək? – Ekspert açıqladı

18/02/2025 14:26
370

Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

18/02/2025 01:36
352

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq