COP29 ərəfəsində Azərbaycana qarşı kiber hücumlar artacaq - AÇIQLAMA

20/06/2024 00:05
262

 

 

COP29 -un informasiya təhlükəsizliyinə kim cavabdehdir ?

 

COP29 Əməliyyat Şirkəti tərəfindən informasiya təhlükəsizliyinin təmin edilməsi "Cyberpoint" şirkətinə tapşırılıb.

Son zamanlar kibertəhlükəsziliyə cavabdeh qurum rəsmilərinin də çıxışlarından belə qənaətə gəlmək olar ki, əsas təhlükəsizlik həllərini "Cisco" təqdim edəcək.

 

"Ölkə.Az" xəbər verir ki, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, əvvəllər "A2Z" tərkibində olan, sonralar ondan ayrılaraq əsasən kibertəhlükəsizlik sahəsində ixtisaslaşan "Cyberpoint" Azərbaycanda kibertəhlükəsizlik xidmətlərinin təminatçısı sahəsində ən öndə gedənlərdəndir:

 

"Cyberpoint" kritik inftrastruktura, bir çox iri dövlət qurumlarına və özəl şirkətlərə xidmət göstərir, kiber mütəxəssislərin yetişdirilməsi sahəsində universitetlərlə əməkdaşlıq edir. Geniş kibertəhlükəsizlik infrastrukturuna malikdir".

 

Ekspertin fikrincə, COP29 dünyanın diqqət mərkəzində olduğundan tədbirlərin keçirildiyi ərəfədə və tədbirlər zamanı Azərbaycana qarşı kiber hücumlar, DDOS hücumlar artacaq:

 

"Hazırda Azərbaycanın beynəlxalq trafiki 3 magistral operatorun ("Delta Telecom", "Azertelecom" və "Aztelekom") üzərindədir.

Ümid edirəm ki, bu magistral provayderlərin işində, tədbirlər keçirilən binalarda və ərazilərdə internet problemi olmayacaq.

 

Bakı şəhərində parklarda və bulvar ərazisində, ictimai yerlərdə, ictimai nəqliyyatda keyfiyyətli internetin əlçatan olması vacibdir.

Güman ki, ölkədəki bütün hotellər xarici qonaqlarla dolu olacaq. COP29 ilə əlaqəli bütün obyektlərin internet təminatının alternativlər üzərindən olmasına, rəqəmsal infrastrukturuna diqqət yetirmək də doğru olardı.

 

Bu günlərdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atıldığını bildirib".

 

Ekspertin sözlərinə görə, COP29-un internet təminatı, təhlükəsizlik və şəbəkə işləri, məlumat bazalarının qorunması, bütövlükdə rəqəmsal işlərlə bağlı əlaqələndirici qurumun formalaşdırılması, bu məsələlərdə hesabatlılıq və şəffaflığın gücləndirilməsi faydalı olardı:

 

"Hələlik görünən odur ki, COP29-un təhlükəsizlik və internet məsələlərində "Cyberpoint" və "Cisco" şirkəti, XRİTDX və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dövlət qurumları əsas iştirakçılardır".

 

Könül

Ölkə.az

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
27/08/2024 17:49
605

27 avqust 23:59-dan... - Əhaliyə XƏBƏRDARLIQ!

25/08/2024 19:52
154

Məmurlara əmr: Telegramdakı yazışmalarınızı silin

24/08/2024 00:35
306

Adi qaşığın köməyi ilə sağlamlığınızın vəziyyətini yoxlayın

21/08/2024 19:54
929

Yaşı 35-dək olan Azərbaycan vətəndaşları oktyabrın 1-dən... - SƏRƏNCAM

18/08/2024 21:52
155

İlham Əliyev və birinci xanım evlərində Vladimir Putinlə şam etdilər

17/08/2024 22:07
187

İlham Əliyev Ərdoğanla danışdı - Türkiyəyə təyyarə göndərilib