Hərbi xidmətlə bağlı bu qanun DƏYİŞDİ: İki həftə sonra qüvvəyə MİNƏCƏK

13/06/2024 08:01
428

Ötən il Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.

 

Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.Ekspertin sözlərinə görə, daha əvvəllər olduğu kimi rayon və şəhər çağrış şöbələri, kommisiyaları heç bir halda təkbaşına hərbi çağrış yaşına çatmış vətəndaşlara yaralılıq və möhlətlə bağlı qərar verə bilməyəcək: “Bu silahlı qüvvələrimizin hərbi xidmətə yararlı və sağlam heyyətlə təmin olunması baxımından çox mühüm rol oynayacaq. Daha əvvəlki illərdə yararsız hesab edilən 100-lərlə çağrışçı artıq bu gün ordu sıralarında xidmət edirlər. Keçən çağrışda onların sayı təxminən 500-dən artıq idi və aralarında 30-32 yaşından yuxarı olan vətəndaşlarımız da mövcud idi. Digər tərəfdən isə əvvəlki illərdə mövcud olan neqativ hallar barədə son zamanlar həm Baş Prokurorluq, həm də səfərbərlik xidməti tərəfindən kifayət qədər ciddi məlumatlar dərc olunur”.

 

Ədalət Verdiyev əlavə edib ki, bu korrupsiya elementi olan faktların qarşısının alınması üçün zəruru araşdırma və istintaq prosedurları həyata keçirilir. 1 iyul tarixindən yeni qanunun qüvvəyə minməsi, vətəndaşların yekun tibbi müayinəsinin həyata keçirilməsi ilə bağlı yekun nəticə rəsmiləşdirilərək narizliyin mərkəzləşdirilmiş electron sistemində yerləşdiriləcək. Bu isə həm şəffaflığın təmin olunmasında, həm də neqativ halların aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyacaq.

 

Aqil Qarayev

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç
27/08/2024 17:49
571

27 avqust 23:59-dan... - Əhaliyə XƏBƏRDARLIQ!

25/08/2024 19:52
133

Məmurlara əmr: Telegramdakı yazışmalarınızı silin

24/08/2024 00:35
287

Adi qaşığın köməyi ilə sağlamlığınızın vəziyyətini yoxlayın

21/08/2024 19:54
896

Yaşı 35-dək olan Azərbaycan vətəndaşları oktyabrın 1-dən... - SƏRƏNCAM

18/08/2024 21:52
136

İlham Əliyev və birinci xanım evlərində Vladimir Putinlə şam etdilər

17/08/2024 22:07
152

İlham Əliyev Ərdoğanla danışdı - Türkiyəyə təyyarə göndərilib